Azərbaycan gimnastları Avropa çempionu oldular

Azərbaycan gimnastları Avropa çempionu oldular İdman

Azərbaycan idmançıları aerobika gimnastikası üzrə Avropa çempionatında birinci yerə çıxıblar.

News24.az-ın məlumatına görə, Mədinə Mustafayeva və Vladimir Dolmatov aerobika gimnastikası üzrə Avropa çempionatında çütlükdə çıxış edərək, 19.600 xalla çempion olublar.

Qeyd edək ki, yarışda 18 ölkədən 151 idmançı iştirak edir.