Azərbaycan millisinin nəticələri RƏZİLLİKDİR – - AÇIQLAMA
İdman
“Futbolda məğlubiyyət artıq alnımıza yazılıb”.
Bunu News24.az-a açıqlamasında “ATV”-nin əməkdaşı, idman jurnalisti İlkin Fikrətoğlu deyib.
Telejurnalist AFFA-nı sərt tənqid edib: “Bu günə qədər xərclənən vəsaitin, yaradılan şəraitin qarşılığında Azərbaycan milli futbol komandasının qazandığı nəticələr sadəcə, rəzillikdir. Başqa sahələrdə saxta rəqəmlərlə, yalan-palanla nəyisə gizlətmək olar. Ancaq idman elə bir sahədir ki, burada heç nəyi gizlətmək olmur və hər şey göz qabağındadır. Ermənistan millisi 3 oyuna 9 xal yığaraq, Almaniyanın olduğu qrupda liderlik postundadır. Gürcüstan bütün oyunlarını ləyaqətlə oynayır və yaxşı oyunçuları var.
Azərbaycan millisi isə 7 gün ərzində keçirilən 3 oyunun nəticəsində 3 məğlubiyyət qazanıb. Ötən il Millətlər liqasında bizimlə eyni qrupda olan komandalar bu dəfə artıq yaxşı nəticələr göstərir. Lüksemburq səfərdə İrlandiyaya qalib gəldi. Şimali Makedoniya millisi Almaniya kimi dünya nəhəngini səfərdə məğlub etdi. Biz Maltanı bəyənmirik. Ancaq Malta Millisi səfərdə Slovakiya ilə 2-2 etdi. Hansı ki həmin Slovakiya Bakıda Azərbaycana 5 top vurmuşdu. Bu, sadəcə biabırçılıqdır. AFFA rəhbərliyi 14 illik yarıtmaz fəaliyyətdən sonra istefa verməlidir”.