Azərbaycan Premyer Liqası: XV tura iki oyunla yekun vurulacaq

Azərbaycan Premyer Liqası: XV tura iki oyunla yekun vurulacaq İdman

Misli Premyer Liqasının XV turuna bu gün iki oyunla yekun vurulacaq.

News24.az xəbər verir ki, əvvəlcə "İmişli" Qubada "Karvan-Yevlax"la üz-üzə gələcək.

Görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:00-da start götürəcək. "İmişli" turnir cədvəlində 15 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik "Karvan-Yevlax" sonuncu - 12-cidir.

Turun son matçı "Palms Sports Arena"da baş tutacaq. "Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 19:00-da başlayacaq. "Neftçi" 16 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb. Sumqayıt komandası 26 xalla dördüncüdür.