Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutdu
İdman
Misli Premyer Liqasının XV turunda daha bir görüş baş tutub.
News24.az xəbər verir ki, "Kəpəz" "Qəbələ" ilə üz-üzə gəlib.
Yevlax şəhər stadionunda keçirilən görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu rəqib qapısından 54-cü dəqiqədə yaponiyalı futbolçu Ryonosuke Ohori keçirib.
Bu nəticədən sonra xallarının sayını 9-a yüksəldən "Kəpəz" turnir cədvəlinin 10-cu pilləsində yer alıb. "Qəbələ" isə 8 xalla 11-ci yerdə qərarlaşıb.