Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlandı
İdman
Misli Premyer Liqasının 2026/2027 mövsümünün I turunun oyun cədvəli açıqlanıb.
Bu barədə News24.az-a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən bildirilib.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Sabah" klubunun rəsmi müraciətini, "Kəpəz" klubunun rəsmi razılıq məktubunu nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən kollektivlər arasında baş tutacaq birinci və ikinci dövrədəki oyunlarının yerini dəyişib.
Misli Premyer Liqası
I dövrə, I tur
14 avqust
19:30. "Turan Tovuz" – "Qəbələ"
Tovuz şəhər stadionu
15 avqust
18:30. "Araz-Naxçıvan" – "İmişli"
Qəbələ şəhər stadionu
20:45. "Sabah" – "Kəpəz"
"Bank Respublika Arena"
16 avqust
19:00. "Sumqayıt" – "Neftçi"
"SOCAR Polymer Arena"
21:00. "Zirə" – "Şəfa"
Zirə İdman Kompleksinin stadionu
17 avqust
19:30. "Qarabağ" – "Şamaxı"
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, I turun bütün oyunları Azərbaycanın Dövlət Himni ilə başlanacaq.