Azərbaycanda ilin ən yaxşı futbolçuları seçildi
İdman
Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçuları müəyyənləşib.
News24.az xəbər verir ki, bu, “Futbol+” qəzetinin tarixində 27-ci dəfə təşkil etdiyi ənənəvi sorğunun nəticələrinə əsasən məlum olub.
Səsvermədə ilk üç yeri "Qarabağ"ın futbolçuları tutub. 2025-ci ilin Azərbaycanın ən yaxşı futbolçusu adına “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev layiq görülüb.
Səsvermədə Elvin Cəfərquliyev komanda yoldaşı Bəhlul Mustafazadəni qabaqlayıb. İlk “üçlüy”ü Toral Bayramov qapayıb.
Qeyd edək ki, Nəriman Axundzadə səsvermədə 7-ci yeri tutub.