Azərbaycanda matç zamanı dava düşdü – Video
İdman
Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Sumqayıt” - “İmişli” oyununun sonlarında insident yaşanıb.
News24.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçın 90+8-ci dəqiqəsində İmişli təmsilçisinin futbolçusu İbrahim Əliyev penaltini dəqiq yerinə yetirə bilməyib.
Bundan sonra, Əliyev məhz “Sumqayıt”ın yetirməsi olduğu üçün azarkeşlər onun qol vurmağa cəhd etməsini etirazla qarşılayıb, nəticədə gərginlik artıb. O, “kimyaçılar”ın hücumçusu Aleksandr Ramallinqom tərəfindən təhqir olunduğunu da iddia edib.
Qeyd edək ki, görüş “Sumqayıt”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.