Azərbaycanın daha bir idmançısı III MDB Oyunlarında medal qazandı
İdman
III MDB Oyunları çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə yarışlar keçirilib.
News24.az xəbər verir ki, azərbaycanlı idmançı Leyla Camalzadə fərdi yarışlarda rusiyalı Marina Tarasovaya uduzaraqgümüş medal qazanıb.
Qeyd edək ki, daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanıb. Beləliklə idmançılarımız turniri 7 medalla başa vurublar.