Azərbaycanlı hakim-inspektor DÇ-2026-nın oyununa təyinat aldı

Azərbaycanlı hakim-inspektor DÇ-2026-nın oyununa təyinat aldı İdman

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

News24.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək Norveç-Estoniya görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Oslo şəhərində yerləşən "Ullevaal" stadionunda baş tutacaq.