"Azərkeşlərin narazılığına deyə biləcək cavabım yoxdur" – Qurbanov

"Azərkeşlərin narazılığına deyə biləcək cavabım yoxdur" – Qurbanov İdman

"1 və 2 -ci qollar uzaqdan vurulan qollar idi. 3 və 4-cü qollar isə əks-hücum qolları idi. Rəqibin ustalığı burada nümayiş olundu və qapımızda qolları gördük".

News24.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məqşçisi Qurban Qurbanov "Qarabağ" - "Ayaks" oyunundan sonrakı məbuat konfransında deyib.

Onun sözlərinə görə, oyunun sonlarına yaxın yorğunluq da üstünlük təşkil edirdi: "Bizim bir çox epizodlarda qırılma anlarımız oldu. Həmin epizodlardan rəqib ustalıqla istifadə etdi. Oyuna sonradan girən oyunçulardan razı qalmadım.

Həm Nəriman, həm Kaşuk epizodlarda dəqiq olsa idilər, belə olmazdılar. Mən özüm bilmirəm Nəriman haqqında nə deyim. Hansısa fikir bildirsəm, bəlkə də azərkeşə qarşı çıxmış olacam. Nəriman daha yaxşı oynaya bilərdi. Mənim azərkeşlərin narazılığına cavabım yoxdur", – Qurban Qurbanov bildirib.