Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı İdman
Dünən Bakıda başlayan atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.

News24.az xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında keçirilən yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb.

Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.

10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə  qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.

Qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar da bu gün keçiriləcək.
Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı