"Barselona" Haalandın transferi üçün "Mançester Siti" ilə görüşəcək

"Barselona" Haalandın transferi üçün "Mançester Siti" ilə görüşəcək İdman

"Barselona" prezidentliyinə namizədliyini verən Viktor Font komandanın hücum xəttini gücləndirmək məqsədilə Erlinq Haalandın transferi üçün "Mançester Siti" ilə görüşlər aparmağı planlaşdırır.

News24.az xəbər verir ki, Kataloniya mediasının xəbərinə görə, Font seçilsə, Haalandın "Blauqrana"ya keçidi üçün İngiltərə klubunun rəhbərliyi ilə birbaşa danışıqlar başlayacaq.

Bu addım komandanın gələcək planlarında əsas hədəflərdən biri hesab olunur.