“Barselona” keçmiş futbolçusunu qaytarmaq fikrindədir - Foto

“Barselona” keçmiş futbolçusunu qaytarmaq fikrindədir - Foto İdman

“Barselona” yanvarın əvvəlində keçmiş futbolçusu Joao Kanselu üçün sərfəli icarə müqaviləsi imzalamağa hazırlaşır.

News24.az xəbər verir ki, transfer mütəxəssisi Fabrizio Romano portuqaliyalı müdafiəçinin Kataloniya klubuna qayıdışı ilə bağlı prosesi “Başlayırıq!” etiketi ilə təsdiqləyib.

2023–2024 mövsümünü “Barselona”da icarə əsasında keçirən Kanselu hazırda çıxış etdiyi “Əl-Hilal”dan ayrılmağı əsas prioritet kimi müəyyənləşdirib. Onun Səudiyyə Ərəbistanındakı karyerası gözləntiləri doğrultmayıb.

2025–2026 mövsümündə zədələr və baş məşqçi Simone İnzagi ilə problemlər yaşayan futbolçu liqada cəmi iki oyunda meydana çıxıb. Bu səbəbdən “Əl-Hilal” Kanselunu mövsümün ikinci yarısı üçün əcnəbi oyunçular siyahısından çıxarmağa qərar verib.

Məlumata görə, “Barselona” bu transferdə “İnter”in marağını geridə qoyaraq favorit mövqeyə yüksəlib.

“Barselona” keçmiş futbolçusunu qaytarmaq fikrindədir - Foto