“Barselona” məşhur futbolçunu transfer etdi

“Barselona” məşhur futbolçunu transfer etdi İdman

İspaniyanın “Barselona” klubu portuqaliyalı futbolçu Joao Kanselonu transfer edib.

News24.az xəbər verir ki, klubun açıqlamasına görə, 31 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl Hilal” klubundan mövsümün sonuna qədər icarəyə cəlb olunub. Kanselo “Barselona”da 2 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Kanselo 2023/24 mövsümündə də “Mançester Siti”dən icarə əsasında “Barselona”nın formasını geyinib və 42 oyunda meydana çıxıb.