"Barselona" Misirli hücumçunu icarəyə götürdü

"Barselona" Misirli hücumçunu icarəyə götürdü İdman

“Barselona” Misirin “Əl-Əhli” klubundan Həmzə Əbdülkərimi icarəyə götürüb.

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu 1,5 milyon avro və bonuslarla komandaya qoşulacaq və “Barselona B”də çıxış edəcək. Mövsümün sonunda klub onun satın alınması və əsas komandaya yüksəlməsi barədə qərar verəcək.

Eyni zamanda, “Barselona” Genkin oyunçusu Juvensley Onsteini də heyətinə qatıb. Onsteinlə 2028-ci ilə qədər (üstəgəl bir illik seçim) müqavilə imzalanıb.