"Barselona" qalib gəlsə də, kubokla vidalaşdı
İdman
Barselona İspaniya Kral Kubokunun yarımfinalında Atletiko Madrid ilə qarşılaşıb.
News24.az xəbər verir ki, komanda cavab oyununda 3:0 hesablı qələbə qazansa da, iki matçın ümumi nəticəsinə görə 4:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Görüşdə Mark Bernal iki qol vuraraq komandasının ən yaxşı oyunçularından biri olub. Lamin Yamal da uğurlu çıxış edib və ilk qolda məhsuldar ötürmə müəllifi olub. Ferran Torres isə matçın əvvəlində iki əlverişli qol imkanını qaçırıb.
Pedriyə qarşı qayda pozuntusundan sonra təyin edilən penaltini Rafinya dəqiq yerinə yetirib.
Barselona ikinci hissədə də hücumlarını davam etdirərək üçüncü qolu vurub. Lakin əlavə vaxta aparacaq dördüncü qolu vura bilmədiyi üçün turnirdən kənarda qalıb.