“Barselona”da prezident seçkisinin qalibi məlum oldu

“Barselona”da prezident seçkisinin qalibi məlum oldu İdman

“Barselona” klubunda keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Joan Laporta səslərin 68,18 faizini toplayaraq yenidən prezident seçilib. Onu 32 min 934 nəfər dəstəkləyib.

Onun rəqibi Viktor Font isə 29,78 faiz səs toplayıb. Fonta 14 min 385 seçici səs verib.

Seçkidə 984 bülleten boş qalıb. Beləliklə, Laporta növbəti 5 il “Barselona” klubunun prezidenti olacaq.

Qeyd edək ki, Joan Laporta 2003–2010-cu illərdə də klubun prezidenti olub və 2021-ci ildən yenidən bu vəzifəni icra edir.