“Barselona”da prezidentliyə namizəd Viktordan xəbərdarlıq

“Barselona”da prezidentliyə namizəd Viktordan xəbərdarlıq İdman

“Barselona”da prezidentliyə namizəd Viktor Font seçkilərdə qalib gələcəyi təqdirdə idman direktoru Dekonu vəzifədən uzaqlaşdıracağını bildirib.

News24.az xəbər verir ki, Font Dekonun seçki prosesinə qarışmasını istəmədiyini vurğulayıb. O, eyni zamanda baş məşqçi Hansi Flikin komandada qalmasını planlaşdırdığını açıqlayıb.

Klub qarşıdan gələn prezident seçkilərinə hazırlaşır. Hazırkı prezident Joan Laporta yenidən namizəddir və onun əsas rəqibləri arasında Viktor Font da yer alır. Laporta klubun bərpa dövrünü uğurla keçdiyini və layihənin davam etməli olduğunu bildirib.