"Barselona"nın müdafiəçisi bir ay yaşıl meydanlardan uzaq qalacaq
İdman
“Barselona” Pedrinin zədələndiyini açıqlayıb.
News24.az xəbər verir ki, klubun məlumatına görə, ispan yarımmüdafiəçi bud əzələsindən aldığı zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Pedri UEFA Çempionlar Liqasının VII turunda “Slaviya Praqa”ya qarşı 4:2 hesablı qələbə ilə başa çatan oyunda zədələnib. O, 61-ci dəqiqədə əvəzlənib.
23 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində 25 oyunda 2 qol vurub və 8 məhsuldar ötürmə edib.