“Barselona”nın prezidenti Mbappenin penalti qolunu lağa qoydu

“Barselona”nın prezidenti  Mbappenin penalti qolunu lağa qoydu İdman

“Barselona”nın prezidenti Joan Laporta “Real Madrid”in “Rayo Valyekano”ya qarşı oyununun son dəqiqələrində Kilian Mbappenin vurduğu penaltiyə istehza ilə yanaşıb.

News24.az xəbər verir ki, o, mübahisəli epizodu “səhv qərar” kimi dəyərləndirərək açıq şəkildə lağa qoyub.

“Real Madrid”in 2:1 hesablı qələbəsini təmin edən penalti qərarı iki klub arasındakı gərginliyi yenidən alovlandırıb. Laporta məsələ ilə bağlı sualı gülümsəyərək cavablandırıb Mbappenin həlledici qolunu məsxərəyə qoyub.