“Bavariya” 1/8 finala yüksəldi – ÇL-də böyük sürprizlər davam edir
İdman
UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə “Bavariya” 6-cı turda “Sportinq” üzərində 3:1 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edən ikinci komanda olub.
News24.az xəbər verir ki, bu məlumat UEFA Çempionlar Liqasının rəsmi saytında yer alıb.
Münhen təmsilçisi bu mərhələyə birbaşa yüksələn “Arsenal”a qoşulub.
Yeni formata görə, ümumi reytinq cədvəlində ilk 8 komanda birbaşa 1/8 finala çıxır. 9–24-cü yerlərdə qərarlaşan komandalar isə "pley-off" mərhələsində qarşılaşacaq. Bu mərhələnin qalibləri son 16-ya vəsiqə qazanacaq.