"Bavariya" Harri Keynlə bağlı qərar verdi

"Bavariya" Harri Keynlə bağlı qərar verdi İdman

Almaniyanın "Bavariya" klubu İngiltərə millisinin kapitanı Harri Keynin gələcəyinə aydınlıq gətirib.

News24.az xəbər verir ki, klub futbolçunu satmaq istəmir və transfer söhbətlərinə son qoymaq niyyətindədir.

Harri Keyn bu mövsüm karyerasında 500-cü qolunu vurub. Onun 2023-cü ildə "Bavariya"ya gələndən sonra vurduğu qolların sayı 130-dur. Hazırda onun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Artıq müqavilədə başqa klubların transfer üçün şərt qoyduğu maddə bitib.

İndi Keynini transfer etmək istəyənlər klubun tələb etdiyi məbləği ödəməlidirlər. "Bavariya" isə onu saxlamaq və gələcəkdə müqaviləsini uzatmaq planındadır.