"Bavariya" hücumçusu son 10 ilin ən yaxşı transferi seçildi
İdman
"Bavariya"nın hücumçusu Maykl Olize Bundesliqanın son 10 ildəki ən yaxşı transferlərindən biri kimi qiymətləndirilib.
News24.az xəbər verir ki, bu barədə keçmiş Almaniya milli komandasının futbolçusu Kristof Kramer çıxışı zamanı deyib.
Kramer bildirib ki, Olize komandaya çox böyük fayda verir və onun qərar vermə qabiliyyəti çox yüksəkdir. O, futbolçunun performansının hələ tam qiymətləndirilmədiyini də deyib.
Olize 2024-cü ilin iyulunda "Kristal Palas"dan 53 milyon avroya "Bavariya"ya transfer olunub. O vaxtdan bəri hücum xəttində yaxşı oyun göstərir və komandanın vacib futbolçularından birinə çevrilib.