"Bavariya" rekordunu təkrarladı
İdman
"Bavariya" klubu Almaniya Bundesliqasında rekordunu təkrarlayıb.
News24.az-ın məlumatına görə, Münhen təmsilçisi buna XII turda "Sankt-Pauli"ni məğlub etdikləri (3:1) matçda nail olub.
Ölkə çempionu turnirdəki son 20 oyunun hər birində 2 və ya da çox qol vurub.
"Bavariya" 2013/2014 mövsümündə Xosep Qvardiolanın baş məşqçisi olduğu dönəmdə də eyni göstəriciyə imza atıb.
Qeyd edək ki, komanda hazırda 34 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.(Report)