Bayramov karyerasını bitirdikdən sonra bu işlə məşğul olacaq

Bayramov karyerasını bitirdikdən sonra bu işlə məşğul olacaq İdman

"Mənim də gerçəkləşdirmək istədiyim planlarm var".

News24.az xəbər verir ki, bunu "Sportlife.az"-a açıqlamasında "Şamaxı"nın qapıçısı Kamal Bayramov deyib.

O, UEFA lisenziyasına sahib olmaq istədiyini bildirib: "C kateqoriyalı məşqçi kurslarındayam. Kurslarımız davam edir. İnşallah, bunu bitirib UEFA lisenziyasına sahib olmaq istəyirəm".

39 yaşlı qolkiper mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini söyləyib: "Futbolçu kimi son mövsümümü keçirirəm. Yayda karyeramı bitirəcəm".

Qolkiper futbolla vidalaşdıqdan sonra da bu sahədə çalışmaq istədiyini vurğulayıb: "Qapıçı məşqçisi kimi çalışmaq istəyirəm. Planlarım var. Gələcəkdə futbol sahəsində qalaraq, bunları həyata keçirməyə çalışacam".