Bəhlul Mustafazadə əməliyyat olundu
İdman
“Qarabağ“ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.
News24.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
“UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır”, – deyə bildirilib.