Bəhlul Mustafazadə 12 həftə yaşıl meydanlardan uzaq qalacaq

Bəhlul Mustafazadə 12 həftə yaşıl meydanlardan uzaq qalacaq İdman

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” qarşılaşmasında zədələnən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Bu barədə News24.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Oyunun 22-ci dəqiqəsində zədə səbəbindən meydanı tərk edən “Qarabağ”ın müdafiəçisi tibbi müayinədən keçirilib. Müayinələrin nəticəsinə əsasən, futbolçunun sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə aşkarlanıb.

Hazırda klubun tibbi heyəti tərəfindən cərrahi müdaxilənin zəruriliyi qiymətləndirilir. Bəhlul Mustafazadənin məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişindən asılı olaraq fərdi şəkildə müəyyən olunacaq.

İlkin tibbi rəyə əsasən, müdafiəçinin reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.