"Beşiktaş" Tammy Abrahamı transfer etdi
İdman
Türkiyənin “Beşiktaş” futbol klubu mövsümün əvvəlində İtaliyanın “Roma” klubundan icarəyə götürdüyü ingilis hücumçu Tammy Abrahamın transferini rəsmiləşdirib.
News24.az xəbər verir ki, klubun məlumatına görə, futbolçunun müqaviləsində yer alan şərtlər yerinə yetirilib və daimi transfer bəndi qüvvəyə minib. Razılaşmaya əsasən, “Roma” klubuna 13 milyon avro transfer haqqı ödəniləcək.
Qeyd edək ki, Tammy Abraham bu mövsüm “Beşiktaş” forması ilə bütün turnirlərdə 26 oyuna çıxaraq 13 qol vurub.