"Biz qalib gəlməyi düşünürdük" – Qurban Qurbanov
İdman
"Rəqibimi təbrik edirəm. Onlar tez çıxdı getdi, görmədim. Bu gün oyunçularımdan çox razı qaldım".
News24.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol komandasının baş məqşçisi Qurban Qurbanov "Qarabağ" - "Ayaks" oyunundan sonrakı məbuat konfransında deyib.
Onun sözlərinə görə, son illər bu cür sürətli oyunlar çox nadir hallarda olur: "Mən dünən də qeyd etdim ki, bu Çempion Liqasıdır. Sanki "Ayaks"ın 5 oyundur alınmadığı bu gün alındı.
Biz bu gün meydanda döyüşərək uduzduq. Azərkeşlərimiz də, biz də bərabərlik düşünmürdük, qalibiyyət planlaşdırırdıq və oyunçularımızı o ruhda kökləmişdik", – Qurbanov deyib.