"Biz sehrbaz deyilik, oyunu həmin dəqiqə dəyişə bilmədik" – "Ayntraxt"ın baş məşqçisi

"Biz sehrbaz deyilik, oyunu həmin dəqiqə dəyişə bilmədik" – "Ayntraxt"ın baş məşqçisi İdman

"Biz oyuna yaxşı başlamadıq. Dərhal qol buraxdıq. Oyunun sonunda qalibiyyət gözləyirdik".

News24.az xəbər verir ki, bu sözləri "Ayntraxt"ın baş məşqçi vəzifəsini icra edən Dennis Şmit oyundan sonra olan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fasilə zamanı komanda da taktika dəyişiklikləri edib:

"Qarabağ" komandası bizi sıxışdırırdı. Biz çalışırdıq ki, intizamlı oynayaq. Bu oyundan pozitiv nəticələr götürəcəyik və gələcək oyunlarımızda nəzərə alacağıq.

Bu gün əsas bizim atdığımız addımlar idi. Burada söhbət məndən getmir. Mən klubdan getməyəcəyəm. Söhbət komandadan gedir ki, biz gələcəkdə yaxşı oyunlar göstərək.

"Qarabağ" komandası çox intizamlı və istəkli oynayırdı. Rəqib komanda meydançada can qoyub. Hazırlaşmağa çox vaxtımız oldu, lakin futboldur, hər şey ola bilər. Biz sehrbaz deyilik, həmin dəqiqə oyunu dəyişə bilməzdik.

Məğlubiyyət futbolçularımın halını pozdu. Amma biz oyunu analiz etdikdən sonra növbəti məşqə pozitiv məqamları nəzərə alaraq oynayacağıq. Hansı ki, oyunda oynamayan oyunçularımız da var idi, onlarla da müzakirə edəcəyik".