Boksçumuz bürünc medal qazandı

Boksçumuz bürünc medal qazandı İdman

Qazaxıstanın Türküstan şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisi yarışı 1 medalla başa vurub.

Komandamızın heyətində Hikmət Məmmədov (50 kq) fəxri kürsüyə yüksəlib. O, yarışda bürünc medal qazanıb.