Braziliya millisi Qabriel Sara ilə bağlı qərar verdi

Braziliya millisi Qabriel Sara ilə bağlı qərar verdi İdman

"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara son oyunlardakı yaxşı çıxışı ilə diqqət çəkib.

News24.az xəbər verir ki, xüsusilə Çempionlar Liqasında göstərdiyi oyun Braziliya millisinin də diqqətini cəlb edib.

Məlumata görə, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti mart ayı üçün ilkin heyətə Qabriel Saranı daxil etməyi düşünür. Bu qərarın verilməsində Bruno Guimaraesin zədələnməsi də rol oynayıb.

Bildirilib ki, Ançelottinin ilkin siyahısı yaxın günlərdə açıqlanacaq. Bundan sonra futbolçunun milli komandaya çağırılıb-çağırılmayacağı dəqiq məlum olacaq.

Braziliyanın "Globo" nəşrinin məlumatına görə, Ançelotti Fransa və Xorvatiya ilə oyunlar üçün heyətə Qabriel Saranı daxil etmək qərarına gəlib.