Braziliya millisinin üzvü "Qalatasaray"a keçə bilər

Braziliya millisinin üzvü "Qalatasaray"a keçə bilər İdman

"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

News24.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, "Qalatasaray" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi Edersonu yanvar ayında icarəyə götürməyi planlaşdırır. "Sarı-qırmızılar" 26 yaşlı oyunçu üçün yaxın vaxtlarda İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Atalanta" Edersonu 2022-ci ilin yayında "Salernitana"dan 23 milyon avroya transfer edib.