Braziliya Norveçə uduzdu, Neymar ağladı

Braziliya Norveçə uduzdu, Neymar ağladı İdman

Braziliya millisinin dünya çempionatının 1/8 final mərhələsində məğlub olmasından sonra komandanın oyunçusu Neymar göz yaşlarını saxlaya bilməyib.

News24.az xəbər verir ki, Braziliya ilə Norveç milli futbol komandası arasında keçirilən qarşılaşma Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Norveçin hər iki qolunu Erling Holand vurub.

O, 79-cu və 90-cı dəqiqələrdə fərqlənib.

Zədəsini bərpa edən Neymar 67-ci dəqiqədə ehtiyat oyunçular skamyasından meydana daxil olub.

O, 90+10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaltsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Final fitindən sonra hücumçu meydançada ağlayıb. Komanda yoldaşları ona dəstək olublar.