"Bu bizə yaraşmayan oyun idi" - "Qarabağ"ın futbolçusundan etiraf
İdman
“Birinci oyunun ilk hissəsində çox uğursuz oynadıq və bu, bizə yaraşmayan oyun idi".
News24.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol komandasının oyunçusu Joni Montiel sabah İngiltərədə keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” matçından əvvəlki mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, ikinci hissədə isə daha yaxşı çıxış ediblər:
“Artıq həmin görüşü unudub cavab oyununa fokuslanmalıyıq. Müxtəlif mövqelərdə oynamaq bacarığım var, lakin özümü ən yaxşı “10 nömrə” mövqeyində hiss edirəm. Bununla belə, həmin mövqedə oynaya biləcək digər futbolçular da var. Çempionlar Liqasında hansısa oyunun asan keçdiyini xatırlamıram. Qarabağdan gözləntilər olduqca yüksəkdir və biz də həmin gözləntiləri qarşılamağa çalışacağıq".