Bu gün mövsümün ilk “El-Klasiko”su baş tutacaq
İdman
Bu gün (oktyabrın 27) İspaniya La Liqasının X turunda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gələcək.
News24.az xəbər verir ki, Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.
Tarixi rəqiblərin qarşıdurmasına nəzər saldıqda, iki komanda indiyədək rəsmi olaraq 260 dəfə üz-üzə gəlib. Statistik üstünlük az fərqlə “Real Madrid”in tərəfindədir: madridlilər 105, katalonlar isə 103 qələbə qazanıblar, 52 oyun isə heç-heçə başa çatıb. Ümumilikdə bu görüşlərdə 868 qol vurulub.
“Real Madrid”in aktivində 437, “Barselona”nın isə 431 qol var.