Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var İdman

Misli Premyer Liqasının 13-cü turu bu gün də davam edir.

News24.az-ın məlumatına görə, turun ikinci günündə iki qarşılaşma baş tutacaq.

“İmişli” öz meydanında “Sabah”la üz-üzə gələcək. Ötən tur “Neftçi”ni yenən bölgə komandası hazırda 15 xalla 8-ci sıradadır. 22 xalı olan “Sabah” isə dördüncü yerdə qərarlaşıb. Paytaxt təmsilçisi qalib gələcəyi halda turnir cədvəlində bir pillə yüksələ bilər.

Günün digər oyununda son çempion “Qarabağ” “Karvan-Yevlax”la qarşılaşacaq. Ağdam klubu 26 xalla liderliyini qoruyur, Yevlax təmsilçisi isə cəmi 5 xalla sonuncu pillədədir.

Oyun cədvəli:

29 noyabr (şənbə)

14:30 — “İmişli” – “Sabah”

(Quba OİK stadionu)

17:00 — “Qarabağ” – “Karvan-Yevlax”

(“Azərsun Arena”)

30 noyabr (bazar)

14:00 — “Şamaxı” – “Sumqayıt”

16:30 — “Qəbələ” – “Araz-Naxçıvan”

28 noyabr (cümə)

“Turan Tovuz” – “Neftçi” — 0:0

“Kəpəz” – “Zirə” — 0:2