Bu gün "Qarabağ"ın rəqibləri bəlli olacaq

Bu gün "Qarabağ"ın rəqibləri bəlli olacaq İdman

Bu gün "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olacaq.

News24.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan çempionu püşkatmaya üçüncü səbətdən qatılacaq. "Köhlən atlar"ın 8 rəqibi dəqiqləşəcək. "Qarabağ" bunların dördü ilə evdə, digərləri isə səfərdə oynayacaq.

Birinci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Portu" (Portuqaliya), "Ayaks" (Niderland), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya).

İkinci səbət: "Real Sosyedad" (İspaniya), AZ (Alkmaar, Niderland), "Braqa" (Portuqaliya) "Lion" (Fransa), "Fənərbağça" (Türkiyə), "Olimpiakos", PAOK (hər ikisi Yunanıstan), "Makkabi" (Tel-Əviv, İsrail), "Ferentsvaroş" (Macarıstan).

Üçüncü səbət: "Qarabağ" (Azərbaycan), "Qalatasaray" (Türkiyə), "Viktoriya" (Plzen, Çexiya), "Budyo Qlimt" (Norveç), "Yunion" (Belçika), "Dinamo" (Kiyev, Ukrayna), "Ludoqorets" (Bolqarıstan), "Midtyullann" (Danimarka), "Malmö" (İsveç).

Dördüncü səbət: "Atletik" (Bilbao, İspaniya), "Hoffenhaym" (Almaniya), "Nitsa" (Fransa), "Anderlext" (Belçika), "Tvente" (Niderland), "Beşiktaş" (Türkiyə), "Styaua" (Rumıniya), RFS (Latviya), "Elfsborq" (İsveç).