Bu komandalar ÇL-in 1/8 finalına vəsiqə qazandılar
İdman
2025/26 UEFA Çempionlar Liqasının 6-cı turunun nəticələrinə əsasən "Paris Saint-Germain", “Mançester Siti” və “Atalanta” pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Bu barədə News24.az UEFA Çempionlar Liqasının rəsmi saytına istinadən xəbər verir.
Həmin komandalar artıq növbəti mərhələyə vəsiqə qazanmış “Arsenal” və “Bavariya”ya qoşulub.
Qaydalara görə, turnir cədvəlində ilk 8 yeri tutan klublar birbaşa 1/8 finala yüksəlir. 9–24-cü yerlərdə qərarlaşan komandalar isə pley-offda qarşılaşır və qalib gələnlər 1/8 finala yüksəlir.