Bu ölkənin futbol klubunun həkimi mama-ginekoloq imiş
İdman
Seneqal millisi ilə 10 ildir çalışan həkim ixtisasca mama-ginekoloqdur.
News24.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının prezidenti Abdullaye Fall mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin şəxs idmançıların səhhəti ilə bağlı xüsusi ixtisasa malik olmadığı halda, uzun illər komandanın tibbi heyətinə rəhbərlik edib. Futbolçular onun tətbiq etdiyi müalicə üsullarına şübhə və inamsızlıqla yanaşıblar.
“Eşitdiklərimə əsasən, futbolçular ona etibar etmirdilər və tibbi müayiələrə onun cavabdeh olmasını istəmirdilər”, – deyə Abdullaye Fall bildirib.
Qeyd edək ki, Seneqal millisi 2026-cı il dünya çempionatında çıxışını 1/16 final mərhələsində Belçikaya məğlub olaraq başa vurub.
Dünya çempionatından kənarlaşdıqdan sonra Seneqal Futbol Federasiyası milli komandanın baş məşqçisi Pap Tiavı vəzifəsindən azad edib.