"Bu qələbə azarkeşlərimizin haqqı idi" – Qurban Qurbanov
İdman
"Azərkeşlərimizi təbrik edirəm, bu gün ki, qalibiyyət onların haqqı idi. Meydanda sadəcə aqressiya deyil, intizamlı oyun var idi. Azərbaycan futbolu adına çox sevindim".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycan çempionu "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında deyib.
"Mən dünya futbolunda da belə qalibiyyətləri görmüşəm. Antalyada hazırlıq oyunlarından sonra demişdim ki, futbolçularımdan olduqca razıyam. Düzdür, bizim vaxtımız az oldu. Lakin üstün cəhətimizi daha da yaxşılaşdırmağa çalışdıq.
Rəqibin qapısına 3 qol vurulması əladır. Bizim üçün uğursuzluq "Ayaks"la oyundan sonra formalaşmağa başladı. Futbolçularımda özünü yaxşı hiss etmirdi. Lakin hazırda oyunçularımdan olduqca razıyam və biz qələbə qazandıq.
Biz "Liverpul"la oyuna inamla gedəcəyik. O stadionda oynamaq heç də asan deyil, çünki İngiltərənin köklü klubu ilə qarşı-qarşıya gələcəyik", – o bildirib.