“Bu, Azərbaycan futbolu üçün çox böyük uğurdur” - Qurban Qurbanov
İdman
“Bu yol asan olmayıb, illərlə ciddi zəhmət çəkmişik. Çempionlar Liqasının qrup mərhələsində ikinci dəfə çıxış edirdik. Bu mövsüm oyun sayı da çox idi. Nəticədə 22-ci pillədə qərarlaşdıq. Bu, Azərbaycan futbolu adına çox önəmli uğurdur”.
News24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Liverpul”la oyundan sonra Bakıya qayıdarkən hava limanında jurnalistlərə bildiri. Baş məşqçi mümkün rəqiblərlə bağlı suala cavabında komandalar arasındakı fərqlərin getdikcə azaldığını vurğulayıb:
“Elə kollektivlər qalıb ki, onları ayırmaq çətindir. "PSJ" ad baxımından böyük klubdur, amma ümumilikdə Premyer Liqa və ingilis komandaları tamam başqa səviyyədir. Dünənki oyunda bunu açıq gördük. ‘"Liverpul" həqiqətən fərqli komandadır. Ola bilsin, oyundan əvvəl bir qədər eyforiya vardı. Hər şey necə xeyirlidirsə, elə də olsun”.
“Uduzduğumuz görüşlərdə belə bizi tək qoymadılar. Bu qələbə və bu nəticə onların da əməyidir. Bu gün yenə sübut etdilər ki, komandaya dəstək verirlər. Biz meydana məhz onlar üçün çıxırıq”, - deyə mütəxəssis bildirib.