"Cavab oyununda daha diqqətli və məsuliyyətli olmalıyıq"
İdman
“Cavab oyunu barədə danışmaq heç də asan deyil. Lakin bizim vəzifəmiz oyuna dair fikirlərimizi bölüşməkdir".
News24.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov sabah İngiltərədə keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” matçından əvvəl mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, oyuna hazırlaşmaq və analiz etmək üçün bir neçə gün vaxtları olub:
“Deyiləcək çox fikir yoxdur. Rəqib bizdən üstün görünür. Sadəcə cavab oyununda daha diqqətli və məsuliyyətli olmalıyıq. Pis hazırlaşmamışıq, lakin psixoloji zərbə almışıq. Cavab oyununda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq".