"Çayınızı çox bəyənirəm" - Andrade ilə səmimi söhbət - Video
İdman
“Azərbaycan mətbəxini çox sevirəm. Yeməklərin adlarını tam yadda saxlamamışam, amma ən çox səhər yeməyini xoşlayıram”.
News24.az xəbər verir ki, bu sözləri RTV-yə müsahibəsində "Qarabağ"ın sabiq futbolçusu, "Araz-Naxçıvan" futbol klubunun yarımmüdafiəçisi Patrick Andrade deyib.
O həmçinin qeyd edib ki, Azərbaycan çayının dadını çox bəyənir:
“Səhər yeməyində yumurta-pomidor və pendiri çox sevirəm. Xüsusilə də sizin çayınızın dadını bəyənirəm. “Qarabağ”da oynayanda tez-tez o çaydan gətirirdilər. Düzü, dəqiq yadımda deyil, amma dadı çox gözəl idi”.