Çempionlar Liqasında sürpriz: "Bodo/Qlimt" "Sportinq"i məğlub etdi
İdman
UEFA Çempionlar Liqasında Norveçin "Bodo/Qlimt" klubu böyük sürprizə imza atıb.
News24.az xəbər verir ki, komanda 1/8 final mərhələsinin ilk oyununda "Sportinq"i 3:0 hesabı ilə məğlub edib.
Norveç təmsilçisi doğma meydanda çox yaxşı oyun göstərərək rəqibi üzərində ciddi üstünlük qazanıb. Bu nəticə komandanın 1/4 finala çıxmaq şansını xeyli artırıb. Bodo/Qlimt"in futbolçusu Jens Petter Hauge oyundan sonra bildirib ki, nəticə çox yaxşıdır, lakin hələ qarşıda cavab oyunu var.
Komandalar arasında cavab qarşılaşması gələn həftə Lissabon şəhərində keçiriləcək.