Çempionlar Liqasının ən sürətli futbolçularının adları bəlli oldu
İdman
UEFA Çempionlar Liqasında futbolçuların GPS məlumatlarına əsaslanan yeni sürət statistikası açıqlanıb.
News24.az xəbər verir ki, siyahının zirvəsində Lois Openda yer alıb, amma ən çox diqqət çəkən ad 36 yaşlı Pyer Emerik Obameyanq olub.
RB Leypsiqdən “Yuventus”a icarəyə verilən Lois Openda saatda 36,2 km sürətlə turnirin ən sürətli futbolçusu olub. Onu “Marsel”də forma geyinən Obameyanq (35,8 km/s) izləyib.
Üçüncü pillədə isə “Liverpul”un yeni transferi Ceremi Frimpong (35,6 km/s) qərarlaşıb.
Dördüncü yeri "Borussiya Dortmund"dan Karim Adeyemi (35,4 km/s) tutub.
Beşinci pilləni isə "Atalanta"dan Raul Bellanova və "PSJ"dən Bredli Barkola (35,0 km/s) bölüşüblər.
“Çelsi”nin yay transferi Pedro Neto (34,9 km/s) yeddinci yeri tutub, “Tottenhem”dən Ced Spens (34,5 km/s) isə səkkizinci olub.
Onluğun son pilləsində isə Məhəmməd Salah (Liverpul), Timo Fi Veah (Marsel), Lloyd Kelli (Yuventus) və Meyson Qrinvud (Marsel) kimi adlar yer alıb – hər biri 34,3 km/s sürət göstərib.
Qeyd edək ki, 2022-ci ildə Premyer Liqada 37,38 km/s sürətlə tarixin ən sürətli oyunçusu sayılan Mikki van de Ven bu dəfə yalnız 14-cü pillədə (34,2 km/s) qərarlaşıb.
Mütəxəssislər bildirirlər ki, futbolçular oyun zamanı vaxtlarının cəmi 1 faizindən azını tam sürətlə qaçıblar. Bu da sürətin vacibliyini, amma davamlılığın daha həlledici olduğunu göstərir.
Xeyrənsə Piriyeva