“Cinemaplus” Həbiblə Puaryenin döyüşünü - NÜMAYİŞ ETDİRƏCƏK

“Cinemaplus” Həbiblə Puaryenin döyüşünü - NÜMAYİŞ ETDİRƏCƏK İdman
Sentyabrın 7-si 20:00-da “CinemaPlus” Premimum Kinoteatrında Dağıstan çempionu Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında Əbu-Dabidə keçirilən UFC döyüşü nümayiş etdiriləcək.

News24.az xəbər verir ki, Həbib qalibiyyət kəmərini iki dəfə qorumağı bacarıb.

Onun çiynində UFC-nin 12 döyüşü və 27 qalibiyyəti əks olunub. Puarye isə çempionluq uğrunda ilk dəfə mübarizəyə qoşulacaq. O, 12 dəfə nokaut etməklə 25 qalibiyyət əldə edib və 5 məğlubiyyətə tab gətirib.

Biletin qiyməti 7 AZN təşkil edir.