ÇL-də həftənin ən yaxşısı kim olacaq?

ÇL-də həftənin ən yaxşısı kim olacaq? İdman

UEFA Çempionlar Liqasının 1/8 final "play-off" mərhələsindən sonra həftənin oyunçusu adına namizədlər elan edilib.

News24.az xəbər verir ki, siyahıda “Qalatasaray”ın hücumçusu Viktor Osimhen də yer alıb. Nigeriyalı futbolçu “Yuventus”la keçirilən cavab oyununda qol vuraraq komandasının 1/8 finala yüksəlməsində pay sahibi olub.

Digər namizədlər isə bunlardır:

Aleksandr Sörlot (“Atletiko Madrid”)

Aurelien Tchouameni (“Real Madrid”)

Jens Petter Hauge (“Bodo/Qlimt”)

Qeyd edək ki, ilk oyunda 5-2 hesabı ilə qalib gələn “Qalatasaray” səfərdə 3-2 uduzsa da, ümumi hesabda üstün olaraq mərhələ adlayıb.