Corc Qardi: “Qalatasaray” layihəsi davam edə bilər
İdman
“Qalatasaray”ın “Yuventus” üzərində 5:2 hesablı qələbəsi xarici mətbuatda geniş rezonans doğurub.
News24.az xəbər verir ki, diqqət mərkəzində olan əsas adlardan biri isə Corc Qardi olub.
Jurnalist Canluca Di Marzio matçla bağlı yazısında İstanbulda oyun izləməyin xüsusi təcrübə olduğunu vurğulayıb və “Qalatasaray” azarkeşlərinin atmosferini yüksək qiymətləndirib.
Məqalədə bildirilir ki, bu komanda artıq yalnız keçmiş ulduzların – Fatih Terim və Didye Droqba kimi adların komandası deyil. Klub daha çox planlı layihə və düzgün idarəçilik modeli ilə diqqət çəkir.
Prezident Dursun Özbekin rəhbərliyi altında qurulan sistemdə Corc Qardinin transfer siyasətində mühüm rol oynadığı vurğulanır. Qardi isə açıqlamasında “Əgər "Qalatasaray"la işləməyə davam etsəm, bu layihə daha da böyüyə bilər” mesajını verib.