Daha 6 xalları - silindi

Daha 6 xalları - silindi İdman

Türkiyə Futbol Federasiyası Superliqa təmsilçisi “Adana Demirspor”un 6 xalını silib.

News24.az qol.az-a istinadən xəbər verir ki, FİFA İntizam Komitəsinin təlimatı əsasında belə bir qərar verilib. 

“Adana Demirspor” bu mövsüm ikinci dəfədir xal silinmə cəzasına məruz qalır. Daha öncə də onların 6 xalı ləğv olunmuşdu.

Bu qərarlara klubun maliyyə öhdəlikləri ilə bağlı problemləri səbəb olub.

Hazırda klub Superliqada 19 komanda arasında sonuncu yeri tutur. Son qərardan sonra onların xalı mənfi 3-ə düşüb.